Quru yükdaşıma nədir?

Quru yükdaşıma nədir?

20

Sentyabr

Quru yükdaşıma - yüklərin bir nöqtədən digərinə təhlükəsiz, sürətli, qənaətcil və səmərəli şəkildə daşınmasına imkan verən daşıma sistemidir. Bununla yanaşı, başlanğıc və təyinat nöqtəsi arasında birbaşa daşıma təmin etmək və qısa məsafələrə daşımalarda digər daşıma fəaliyyətlərinə nisbətən daha qənaətcil olmaq kimi üstünlüklərə malik bir nəqliyyat növüdür.

 

Quru yükdaşımanın üstünlükləri

 

Yüklərin hər vaxtda birbaşa istənilən nöqtəyə daşınmasını təmin edən quru yükdaşınmaya bu gün çox üstünlük verilir. Bunun səbəbi quru yükdaşınmanın etibarlı olması, qısa zamanda çatdırılma variantı təklif etməsi və eyni anda çox sayda yükün daşınmasına imkan verməsidir.

Həm qiymət, həm də rahatlıq baxımından logistika sənayesində ən çox istifadə edilən nəqliyyat sistemlərindən biridir.

 

İstifadə etdiyi enerji və ətraf mühitin çirklənməsinə səbəb olması kimi mənfi cəhətləri olsa da, çevik daşıma təmin etməsi, asan yükləmə-boşaltma əməliyyatları, qapıdan qapıya xidmət, qısa çatdırılma müddəti kimi xüsusiyyətləri digər daşıma növləri ilə müqayisədə bır sıra üstünlükləri də təşkil edir.

Quru yükdaşımasında qutu, ümumi, tam ixrac və idxal yüklərin daşınması kimi geniş çeşiddə daşıma xidmətləri göstərilir.

 

Avropadan Azərbaycana yüklərin çatdırılması

 

Avropadan Azərbaycana yüklərin təhlükəsiz və sərfəli şəkildə çatdırılmasını təmin edən TP Logistics illərdir ki, fəaliyyətinizdədir. Almaniya, İtaliya, Rusiya və Bolqarıstandan istər quru, hava, istərsə də dəniz yolu yükdaşıması xidmətlərimizdən istifadə edə bilərsiniz.

 

TP Logistics standart quru yükdaşıma xidmətlərini, həmçinin sərnişin avtomobillərinin yüklənməsini, temperatura nəzarət edilən və təhlükəli yüklərin daşınmasını və məhsulların təhlükəsiz daşınmasını təklif edir. Seçiminiz bizdən olsun!