Multimodal daşımanın üstünlükləri

Multimodal daşımanın üstünlükləri

20

Dekabr

Multimodal daşıma yüklərin hərəkətini asanlaşdırmaq, yəni daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsidir.

Bu daşıma növü, yükü təyinat nöqtəsinə çatdırmaq üçün birdən çox nəqliyyat vasitəsinin iştirakını özündə birləşdirir.  

Yük maşınları, qatar, gəmi, təyyarə və ya digər bir nəqliyyat vasitəsi istifadə edərək malları son mənzilə çatdırmaq multimodal daşımaçılığın əsas prinsipidir.

Multimodal daşımaçılığın özünəməxsus avantaj və dezavantajları var. Bu daşınmanın əsas üstünlüyü eyni zamanda həm vaxt, həm də xərclərə qənaət edə bilmək şəraitinin yaranmasıdır. Sahibkar bu daşınma növünü seçərək bir tərəfdən çatdırılma vaxtlarını optimallaşdırarkən digər tərəfdən inventor xərclərini azalda  bilir. Bundan başqa multimodal daşımaçılığın əsas üstünlüklərindən biri havaya buraxılan CO2 karbon qazının əhəmiyyətli dərəcədə azaldılmasıdır.

Bu daşınma növünü seçməmişdən öncə düzgün analiz vacibdir. Bunun üçün isə bu işdə təcrübəsi olan logistika şirkətləri ilə əməkdaşlıq etmək mütləqdir.

TP Logistic öz təcrübəli komandasına və dünya üzərində olan etibarlı tərəfdaşlarına inanaraq sizin yükləriniz üçün ən sərfəli logistika zəncirini qurmağa hazırdır.

TP Logistics standart hava yolu yükdaşıma xidmətlərini, həmçinin sərnişin avtomobillərinin yüklənməsini, temperatura nəzarət edilən və təhlükəli yüklərin daşınmasını və məhsulların təhlükəsiz daşınmasını təklif edir.

Seçiminiz bizdən olsun!