Ana Səhifə | Haqqımızda
TP Logistic MMC olaraq şirkətimiz Azərbaycanda beynəlxalq
logistika xidmətləri göstərir. Fəaliyyətimizin əsas istiqaməti Avropadan,
Türkiyədən, Rusiyadan Azərbaycana və Gürcüstana temperatur rejimli,
təhlükəli və standart yüklərin, quru, hava və su nəqliyyatı ilə
daşınmasını həyata keçirməkdir. Yükdaşınmalarımız LTL (qruppaj) və
FTL şəklində həyata keçirilir. Avropanın 3 ölkəsində (Almaniya,
Bolqarıstan, İtaliya) anbarlarımız fəaliyyət göstərir. Uğurlu
fəaliyyətimizin əsas məqsədi yüksək keyfiyyətlə yüklərin anbarlara
çatdırılması, toplanması, tez və təhlükəsiz şəkildə ünvana
çatdırılmasıdır.