Gömrük rəsmiləşdirilməsi nədir?

Gömrük rəsmiləşdirilməsi nədir?

13

İyun

Gömrük qanunvericiliyinə əsasən idxal, ixrac və ya tranzit əməliyyatları zamanı mal və nəqliyyat vasitələri müxtəlif gömrük prosedurları altında yerləşdirilir. Həmin gömrük prosedurları 9-u xüsusi və 5-i ümumi olmaqla iki yerə ayrılır. Yüklərin hansı prosedur altında yerləşdirilməsini idxalatçı və ya ixracatçı ilə əvvəlcədən razılaşaraq, ona uyğun gömrük sənədləşməsini və digər mərhələləri həyata keçirilir. Sənədləşmə mərhələsi aşağıdakı şəkildə həyata keçirilir:

-Müvafiq sənədlərin (məs: invoice, aviaqaimə, cmr, icazə sənədi, müqavilə və, s .) əvvəlcədən düzgün tərtib edilməsini nəzarətdə saxlanması;

-Yük ölkə ərazisinə quru yolu ilə daxil olduqda, daxil olmazdan öncə, Qısa İdxal Bəyannaməsinin DGK-ya elektron şəkildə təqdim edilməsi;

-Yük idxal və ya ixrac edildiyi, həmçinin tranzit əməliyyatları zamanı Gömrük Bəyannaməsinin, qanunvericiliyin tələbinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin bazasında elektron şəkildə tərtib edilməsi;

-Malın nəzərdə tutulmuş gömrük proseduru altında rəsmiləşdirilməsini, gömrük prosesi yekunlaşanadək nəzarətdə saxlanması.

Gömrük prosedurlarınızın tez və rahat bir şəkildə həyata keçirilməsi üçün bizə müraciət edə bilərsiniz.